PEYĞƏMBƏRİN ƏXLAQI:





UŞAQLARA QARŞI MƏRHƏMƏTLİ OLMASI

Bir nəfər bədəvi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib təəccüblü halda soruşdu: “Siz uşaqlarınızı öpürsünüz? Biz əsla onları öpmürük!”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edə bilərəm?” (əl-Buxari: 5652: Muslim: 2317).

Başqa bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Həsən ibn Əlini (sallallahu aleyhi və səlləm) öpdüyünü görüb dedi: “Mənim on övladım var, amma onların heç birini öpməmişəm”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Mərhəmət etməyənə rəhm olunmaz” (Muslim: 2318).

Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) qız nəvəsi Umamə bint Zeynəbi qucağına alıb namaz qılırdı. Səcdə edəndə uşağı yerə qoyur, səcdədən qalxanda isə yenidən qucağına götürürdü (Buxari: 494; Muslim: 543).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz əsnasında körpə uşaqların ağladığını eşitdikdə namazın qılınmasını tezləşdirər və yüngülləşdirərdi. Əbu Qatadə (sallallahu aleyhi və səlləm) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Mən namazı uzun qılmaq niyyətində oluram, amma uşaqların ağladığını eşidib namazımı yüngülləşdirirəm ki, anasını çətin vəziyyətdə qoymayım” (Buxari: 675; Muslim: 470).

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?