BÖYÜK İSLAM ALİMLƏRİNİN CİHAD, YƏHUDİLƏRLƏ SÜLH BAĞLAMAQ, QUNUTUN HÖKMÜ, KAFİRLƏRLƏ (BÜTÜN) ƏLAQƏLƏRİ KƏSMƏK VƏ ÖZÜNÜ ÖLDÜRMƏK HAQQINDA FƏTVALARI
Böyük İslam alimi AbdulƏziz Racihinin (Allah onu qorusun) fətvaları
SUAL: Bu günümüzdə mövcud olan-özünü partladaraq kafirləri öldürmək istəyən-hərəkətlər haqda nə deyirsiniz?
CAVAB: Bu kimi əməllər məşru deyildir. Bu iki qoşun arasında olan döyüş növlərindən deyil. Nə də ki, özünü romalıların üzərinə atan kişinin misalına bənzəmir. Onlar deyirlər ki, bu həmin şeydir. Xeyr belə deyil. Çünki, birincisi bu əməllər döyüş meydanında baş vermir. Həmin insan əmin-amanlıqda olan insanların yanına gəlir və onların arasında özünü partladır. Bu döyüş meydanı deyil. Ikincisi, özünü kafirlərin üzərinə atan özünü öldürmüş sayılmır. Çünki, onun sağ qalmaq ehtimalı var. Amma özünü partladan isə artıq özünü öldürmüş sayılır. Üçüncüsü, Səhih Buxaridə hədisdə gəlir ki, Xeybər döyüşündə Amr bin Əkva (Allah ondan razı olsun) yəhudi ilə döyüşdüyü zaman qılıncın ucu özündən aslı olmayaraq ayağına batır, ayağını yaralayır və bu yaradan da vəfat edir. Səhabələr deyirlər ki, Amr bin Əkvanın (Allah ondan razı olsun) cihadı batil oldu. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Amr bin Əkvanın (Allah ondan razı olsun) qardaşının yanına gəlib onu kədərli gördükdə səbəbini soruşur. O deyir: Ey Allahın Rəsulu insanlar deyirlər ki, Amrın cihadı batil oldu. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun)deyir: “Kim bunu deyirsə yalan danışır, O vuruşaraq cihad etdi” Baxın əgər Amrın özündən aslı olmayaraq həyatına qəsd etməsi səhabələrə qaranlıq qaldısa və dedilərsə ki, onun cihadı batil oldu - onda özünü qəsdən partladanın halı necədir? Ona görə də bu kimi əməllər cihaddan deyil.
forum.abu-bakr.com
Comments
Post a Comment