BÖYÜK İSLAM ALİMLƏRİNİN CİHAD, YƏHUDİLƏRLƏ SÜLH BAĞLAMAQ, QUNUTUN HÖKMÜ, KAFİRLƏRLƏ (BÜTÜN) ƏLAQƏLƏRİ KƏSMƏK VƏ ÖZÜNÜ ÖLDÜRMƏK HAQQINDA FƏTVALARI
Böyük İslam alimi AbdulMuhsin Əlubeykanın (Allah onu qorusun) fətvaları
SUAL: Kafirlərin binalarını partlatmaq, təyyarələri oğurlayıb qaçırmaq cihadın növlərindən sayılırmı?
CAVAB: Vallahi qardaşım bu kimi əməllər heç vaxt cihaddan sayıla bilməz. Birincisi, o kəslər ki, kafir ölkələrinə gedirlər, onlar kafirlərdən əmin-amanlıq almaq şərtilə əhd bağlayırlar. Sonra da həmin əhdə xəyanət edirlər. Diqqət edirsinizmi ki, bir insan kafir dövlətinə gedir, ona orda əhd verirlər, sonra da əhdə xəyanət edir?! Hədisdə gəlib ki, “Qiyamət günü hər bir xəyanətkarın bayrağı qaldırılacaq və deyiləcək ki, bu filankəs oğlu filankəsin xəyanətidir”(Buxari, Muslim). Yəni Qiyamət günü xəyanətkar kimi tanınacaqdır. Sən necə xəyanət edirsən ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyib ki, “Sənə xəyanət edənə belə xəyanət etmə” Bunlar isə gedib kafirlərdən əmin-amanlıq alıb sonra da xəyanət edirlər. Bu möminlərin yolu deyil. Nə də Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrinin sifəti deyil. Xəyanət yəhudilərin sifətidir. Onlar xəyanətkar millətdir. Amma sən onlar kimi edib onlara oxşama. Həmçinin ola bilsin ki, sənin uçurub dağıtdığın binaların altında müsəlmanlar, yaxud İslamla düşmənçiliyi olmayan insanlar qalır. Axı onların günahı nədir? Guya sən istəyirsən ki, həmin ölkənin iqtisadiyyatına zərbə vurasan? Bəziləri deyir bu əməlimizdə məsləhət varbu həqiqətən belədirmi? O hadisələrdən (11 sentyabr) sonra hansı fəsadlar törəndi? Məsələn Əfqanıstanda Taliban hakimiyyətdə olduğu zaman İslamın şüarlarını qaldırırdılar, yaxşılığı əmr edib pis işlərdən çəkindirmək mövcud idi, dinin qayda-qanunlarından gücləri çatanı yerinə yetirirdilər, əmin-aman dövlətdə yaşayırdılar. İndi görün nələr baş verir? Heç kim deyə bilməz ki, əfqanların bu günkü vəziyyəti dünənki vəziyyətindən yaxşıdır! Baxın görün indi bunda məsləhət var, yoxsa fəsad? Şübhəsiz ki, fəsaddan başqa bir şey deyil. Əfqan xalqı öldürüldü, əsir götürüldü, ölkələri dağıdıldı, insanlar və əkinçilik məhv oldu- nədir ki, onlar amerikanın iqtisadiyyatına zərər vurmaq istədilər! Lakin insanların həlak olmasına səbəb oldular.
Həmçinin kafirlər İslamı və müsəlmanları terrorçu adlandırdılar, bu səbəblə dəvət mərkəzlərinə təzyiqlər oldu. Bununla da həmin partlayışlardan sonra İslam dini hamının diqqət mərkəzində oldu və terror dini kimi qələmə verildi. Harda qaldı məsləhət? Çox təəssüf ki, insanlara uzaqgörən olmayan, şərii elmi olmayan və hadisələri olduğu kimi öyrənməyən adamlar başçılıq edəndə fəsad baş verir. Cihad yalnız əmr sahibinin başçılığı ilə baş verə bilər. İmam Tahavi “Təhavi əqidəsi” kitabında deyir: “Cihad yalnız əmr sahibi ilə olur, istər əməli saleh olsun,istər facir” bu da əhli sünnənin məzhəbidir.
İbn Teymiyyə öz zamanında olanlarla birlikdə gedib tatarlara qarşı vuruşdu. Baxmayaraq ki, onlarda nə qədər xətalar var idi. Lakin Şeyx cihad xatirinə onlarla vuruşmağa razı oldu. Bununla da onlar qələbə çaldılar. İbn Teymiyyə demədi ki, ey mənim camaatım gəlin gedək biz ayrıca vuruşaq. Cihad nəyə görə əmr sahibi ilə məşru olur? Çünki, əmr sahibinin yanında məsləhətçilər, təcrübəli insanlar olurlar və onlar da, hər şeyi ətraflı öyrənirlər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı) müharibə etmək istədiyi zaman səhabələr ilə məsləhətləşərdi. Cihad o deyil ki, ölən ölsün, qalan qalsın. Bu doğru deyil. Gərək ümumi məsləhətlər nəzərə alınsın, insanları, onların mallarını, namuslarını qorumaq düşünülsün. Bu şeylər nəzərə alınmadan cihad, cihad demək doğru deyildir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanların ən şücaətlisi idi, bununla belə onunla bərabər olanları qorumaq üçün neçə dəfə döyüşü tərk etdi. Vacib olan da budur. Ona görə də danışanda “Cihadı elan etmək lazımdır! Mən cihad etmək istəyirəm! Mən şəhid olmaq istəyirəm!” sözlər deyib yalnız özünü fikirləşmə! Əgər sən cihad etmək istəyirsən, yaxud ölmək istəyirsənsə bu o demək deyil ki, insanların korlanmasına, onların dağılmasına səbəb olmalısan. Bu kimi fikirlər insanlarda olan xəyallardan başqa bir şey deyil. Yalnız özünü fikirləşir. Yəni başqalarının məsləhətini düşünmədən istəyir ki, Allah yolunda öldürülsün və cənnətə düşüb şəhidlik mərtəbəsinə çatsın. Bu kimi şeylər olmaz. Bu müsəlman əxlaqından deyil. Vallahi biz də istəyirik ki, Allahın kəliməsini qaldırmaq üçün vuruşan bir başçının bayrağı altında səhih bir cihad olsun. Torpaq azad etmək, hakimiyyətə gəlmək uğurunda olmasın.Bu günkü gündə isə onların istəkləri yalnız budur. Yox, səhih , doğru olan cihad bu deyildir! Tələb cihadı belə olmur.
Amma müdafiə cihadı isə hər kəs üçün açıqdır. Belə ki, kimsə sənin malına, qanına, namusuna təcavüz edərsə o zaman özünü müdafiə edirsən, onunla vuruşursan və ölsən də şəhid sayılırsan. Bu müdafiə cihadı adlanır.
Amma tələb cihadı isə yalnız Allahın kəliməsini qaldırmaq üçün və müsəlman başçının bayrağı altında olur. Həmçinin bu cihadın müəyyən şərtləri olur və müsəlmanların ümumi məsləhətləri nəzərə alınır. Başçı da cihadı yalnız əlinin altında olanların salamat olduğunu biləndən sonra elan edə bilər.
forum.abu-bakr.com
Comments
Post a Comment