RUZİ ETİQADIMIZDAKI SƏHVLƏR:



ALLAHIN SƏNƏ VERMƏDİYİNƏ GÖRƏ BAŞQALARINI MƏZƏMMƏT ETMƏK 

Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu:

«İnsanda olan yəqinliyin zəifləməsinin səbəbi Allahı qəzəbləndirib insanların razılığını axtarmaq, Allahın verdiyi ruziyə görə onlara şükr etmək, Allahın sənə vermədiyinə görə başqalarını məzəmmət etmək. Allah ruzisini nə tamahkarın tamahı gətirər, nə də nifrət edənin nifrəti uzaqlaşdıra bilər».

Bəzi insanlar elə zənn edirlər ki, ruzini verən filankəsdir. O, şəxs olmasa maaşım verilməz, ac qalaram, aclıqdan ölərəm və ümüdünü ona bağlayır. Onun istədiyi, tamah etdiyi dünya və axirət Allahın əlindədir. Çünki o, kimsə Allahdan razı qalıb, Allahın sevdiyi və razı qaldığı şeylərə itaətlə yönəlir. Çünkü o, bilmişdir ki, hər bir xeyir, onun öz xeyiri də Allahın əlindədir. Allahın Rəbb olması ilə razı qalan insan məxluqdan ümüdünü üzmüşdür. O, bilir ki, ruzini verən Allahdır, lakin bunlar səbəblərdir.

Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu anhu– rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in arxasında oturmuşdum. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allahda səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur».

Allahın verdiyi ruziyə görə başqalarına şükr edənlərin misalını Şeyx Useymin - rahmətullahi aleyhi - belə izah edir:

«Sən öz uşağına pul verirsən ki, apar bunu filankəsə ver. O, da pulu həmən kimsəyə verdikdə pulu alan o, uşağı tərifləyir. Lakin pulu verəni unudur. Pulu verən uşağın atası, vasitə isə övladı idi. Bu da Allahın verdiyi ruzini başqaları ilə bağlayanların misalıdır. İkinci sinif insanlar isə Allahın vermədiyi şeylərə görə insanları qınayırlar. Buna da misal olaraq: Hər hansı bir şəxs Allah yolunda sədəqə paylayır və sənə çatanda sədəqə qurtarır və ya sənə vermir. Buna görə də onu məzəmmət edir. Bu da yəqinliyin zəifliyindəndir. Buna görə də qul (insan) hər bir işdə Allahın razılığını gözləməlidir»

TÖVHID KİTABI

Toplayan və Tərcümə Edən: Kamal Hüseyn

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?