“NECƏ OLARSANIZSA, ELƏCƏ DƏ ÜZƏRİNİZƏ RƏHBƏR TƏYİN OLUNAR“


“ELƏ İSƏ SİZ DƏ ƏBU BƏKR VƏ ÖMƏRİN YANINDAKI KİŞİLƏR KİMİ OLUN, O ZAMAN BİZ DƏ ƏBU BƏKR VƏ ÖMƏR KİMİ OLARIQ”

Şeyx Muhamməd bin Saleh əl Useymin:


Amma bəzi səfeh insanların bu sözü ki, “Əmr sahibləri ancaq tamamiylə doğru yolda olsalar, onlara tabe olmaq bizim üzərimizə vacibdir” xətadır. Bu, qələtdir (yanlışdır). Bu şəriətdən olan bir şey deyildir.

Əksinə, bu xəvariclərin məzhəbindəndir, hansı ki, əmr sahiblərindən hər bir şeydə (təmamən) Allahın əmri üzərində müstəqim olmalarını istəyirlər. Uzun zamandır ki, bu (hal) hasil olmur. Artıq işlər dəyişmişdir.

(Kitablarda) Belə bir qissə zikr edilir ki, Bəni Umeyyə xəlifələrindən biri olan AbdulMəlik ibn Mərvan eşitdikdə ki, insanlar onun (özü) və xilafəti barəsində danışırlar, insanların hörmətlilərini və öndə gedənlərini topladı və onlarla danışdı. Onlara (belə) dedi: “Siz bizdən Əbu Bəkr Və Ömər kimi olmağımızı istəyirsiniz?” Dedilər ki, “Bəli, sən də xəlifəsən, onlar da xəlifə idilər.” (AbdulMəlik) də onlara dedi: “Elə isə siz də Əbu Bəkr və Ömərin yanındakı kişilər kimi olun, o zaman biz də Əbu Bəkr və Ömər kimi olarıq.”

Bu, əzəmətli bir cavabdır. Əgər insanlar (özlərini) dəyişərlərsə, Allahın da onların əmirlərini dəyişməsi labüddür. Necə olarsınızsa, eləcə də üzərinizə rəhbər təyin edilər. Amma ki, insanların özləri Raşidi xəlifələrin kişiləri kimi olmadıqları halda, hakimlərdən Raşidi xəlifələr kimi olmalarını istəməklərinə gəlincə, bu, düzgün deyil. Allah Əzzəə və Cəllə hikmətlidir.

“Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə rəhbər təyin edərik.” (“Ənam” surəsi, 129)

(Alimlər) zikr edirlər ki, Əli bin Əbu Talibə qarşı çıxan xəvariclərdən bir kişi, Əlinin yanına gələrək deyir: “Ey Əli, insanların bu halı nədir belə, sənə qarşı dəyişdilər, amma Əbu Bəkr və Ömərə qarşı dəyişmədilər?” (Əli) dedi: “Çünki Əbu Bəkr və Ömərin yanındakı kişilər mən və mənim kimilər idi, mənim kişilərim isə sən və sənin kimilərdir.”

Bu, gözəl kəlamdır…

Yəni, səndə xeyir yoxdur, ona görə də insanlar bizə qarşı dəyişdilər. Lakin Əbu Bəkr və Ömərin vaxtında isə onların kişiləri Əli bin Əbu Talib, Osman bin Əffan və onlar kimi digər fəzilətli səhabələr idilər və onlar da əmrlərinə qarşı dəyişmədilər.

Yekun budur ki, “Yaradana asiliklərdən başqa, hər bir işdə əmr sahiblərini eşidib itaət bizə vacibdir.” Çünki insanlar Yaradana asiliklə əmr olunmayıblar və insanlar da bununla (asilik etməklə) əmr olunmayıblarsa, (o zaman) Allah Azzə və Cəlləyə asilikdə insanların onlara (rəhbərlərə) itaəti də olmamalıdır.

Həmçinin rəiyyətə (insanlara) əmr sahiblərinə nəsihət etmələri vacibdir. Ona yalan danışmamalı, hiylə qurmamalı, onu aldatmamalıdırlar.

Amma təəssüflər olsun ki, günümüzdə insanlar yalan danışır, dövlət sistemlərinə qarşı saktakarlıq edir, rüşvət alır-verirlər və s. nəinki müsəlmana, heç ağıl sahibinə yaraşmayan şeylər edirlər.

Ardı: www.youtube.com/watch?v=376TQGnIEHg

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?