ALLAH ŞEYTANA NİYƏ MANE OLMUR?
Allahın dünyanı nə üçün yaratdığını bilsək, şeytana və onun yolunu gedənlərə nə üçün mane olmadığını daha yaxşı başa düşərik. Uca Allah buyurur:
"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". ("əl-Mulk" surəsi, 2).
Uca Allah pis əməl sahibləri ilə yaxşı əməl sahiblərini bir-birindən ayırd etmək və Qiyamət günü hər kəsə öz əməlinin cəzasını və mükafatını vermək üçün şeytana mane olmur. Uca Allah buyurur:
"Bir zaman mələklərə: "Adəmə səcdə edin!"– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!" İblis dedi: "Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini özümə ram edəcəyəm". Allah buyurdu: "Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər". ("əl-İsra", surəsi, 61-65).
http://zikr.az/node/12945
Daha ətraflı:

Allah insanları niyə yaradıb? - http://zikr.az/node/3935
Allah şeytanı niyə yaradıb...? - http://zikr.az/node/586
Comments
Post a Comment