“İSLAMDA NÜMAYİŞLƏRİN HÖKMÜ”



Şeyx Zeyd əl-Mədxəli:


“Nümayişlər yeni əməllərdəndir. Hər bir yeni əməl bidət sayılır. Hər bir bidət zəlalətdir və hər bir zəlalətin də sonu Cəhənnəmdir. Çünki Allahın şəriəti kamildir. Bizdə kitab və sünnə vardır. Kitab və sünnənin dəlilləri içində insanlara toplanaraq nümayişlər etmələrinə icazə verən bir dəlilin olduğunu bilmirik. O nümayişlər ki, orada insanlara narahatçılıq, vaxtı israf etmək, bundan da pisi namazları tərk etmək və ölüm-itim vardır. Əgər nümayişdə bir müsəlman qətlə yetirilərsə, onun günahını nümayişlərə çağıran fərd, yaxud da müştərək olan toplum daşıyır.

Səhih hədisdə belə varid olmuşdur:

“Allah üçün bütünlüklə dünyanın məhv olması bir müsəlman kişinin qətl edilməsindən daha asandır (yüngüldür)”. (Nəsai və Tirmizi rəvayət etmişdir)

Bu barədə bizə deyilən nəqlin, əqlin, adətin, hissin və etdiyimiz müşahidənin şəhadəti ilə neçə-neçə insanlar nümayişlərdə qətlə yetirilir.

Eşitdiklərimiz, gördüklərimiz və baş verənləri əsas gətirib deyə bilərik ki, nümayişlərdə çox insan qətlə yetirilir!

Bu nümayişləri keçirmək şeytanın, pisliyə əmr edən nəfsin və istəyin çağırdığı bidət və zəlalətdir. Bu düşmənlər (şeytan, pisliyə əmr edən nəfs və istək) bir şeydə cəm olarsa, din və dünya dağılmış olar. Necə ki onu bu nümayişlərdə müşahidə edirik. Nümayişlərin səmərəsi öldürmək, malları, vaxtı zay etmək təhlükəsizlikdə olan insanları qorxutmaq və neçə-neçə xoşa gəlməz hallardır.

Bu nümayişlərin hörmətli rəsulların və böyük peyğəmbərlərin dövründə edilməməsi onun uğursuz olduğuna kifayət edir. O peyğəmbərlər ki, öz qövmləri tərəfindən əzab-əziyyətə düçar olundular. Onlara iman edənlərin də olmasına baxmayaraq, heç bir nümayişlər, partlayışlar etməmiş və heç kimi qətlə yetirməmişdilər. Əksinə, İslam bütün bunları qadağan edir. Nümayişlərə çağıraraq onda müvəffəqiyyətin olduğunu iddia edən kəslər yolu səhv salıblar. Doğru yola qayıtmaq onlar üçün daha xeyirli olardı. Problemlər elmdə möhkəm olan alimlərin fəhmi ilə kitab və sünnə işığı üzərində müalicə olunmalıdır. İnsanları bu xaosa çağıran kəs artıq ölkələrin və insanların fəsadına səbəb olmuşdur. Əvvəllər və indi də baş verənlər buna şahiddir”.

selefxeber.az/islamin-sesi/seyx-zeyd-el-medxeli-islamda-numayislerin-hokmu

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?