SƏLƏFİLƏR İTAƏTDƏ İFRATA VARIRMI?


Şeyx Saleh bin Fovzan əl-Fovzan:


Bəziləri deyirlər ki, Allaha asilik olmayan işlərdə rəhbərə itaətə və gizlidə nəsihət etməyə çağırış edənlər, itaətdə həddini aşanlardır və bu, rəhbərlər barəsində ifrata varmaqdır.

Bu, birbaşa Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qarşı ittihamdır. Hətta uca və nöqsansız Allaha qarşı da ittihamdır. Uca Allah buyurur:

“Ey iman gətirənlər, Allaha itaət edin, onun elçisinə itaət edin, eləcə də aranızdan olan əmr sahiblərinə.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə belə demişdir:

“Belindən vursa, malını əlindən alsa da, rəhbəri eşit və itaət et.”

“Kim rəhbərə itaət edərsə, mənə itaət etmiş sayılır. Kim rəhbərə asi olarsa, mənə asi olmuş olur.”

⁉ Elə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də eşidib itaət etmək mövzusunda “ifrata” varıb?!

Allahdan salamatlıq diləyirik.

selefxeber.az/islamin-sesi/selefiler-itaetde-ifrata-varirmi-seyx-fovzan

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?