ZÜL-HİCCƏ AYININ İLK ON GÜNÜNDƏ EDİLƏN MÜSTƏHƏB (BƏYƏNİLƏN) ƏMƏLLƏR
Bol-bol nafilə (əlavə) namazlar qılmaq.
Fərz namazları yerinə yetirmək üçün məscidlərə getmək ve bol-bol nafilə namazları qılmaq. Çünki, nafilə namazlar fərz namazlardan sonra insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdən sayılır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:"(Namaz qılmaqla) Allaha çoxlu səcdə et! Çünki, sən Allaha bir səcdə etdikdə, Allah onun səbəbi ilə səni bir dərəcə yüksəldir və bir günahını silir."
Nafilə oruc tutmaq.
Bu günlərin hamısını və ya bacardığın qədər oruc tutmaq, xüsusilə də zül-hiccə ayının doqquzu Ərafa gününü orucla keçirtmək ən fəzilətli əməllərdən sayılır. Huneydə ibn Xalid demişdir:“Allahın elçisi zül-hiccə ayının ilk doqquz günü, Aşura günü və hər ayın bazar ertəsi ilə iki cümə axşamı günləri olmaqla üç gün oruc tutardı.”
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zül-hiccənin doqquzu Ərafa günü oruc tutmaq barədə belə demişdir:
"Allaha ümid edirəm ki, Ərafa günü oruc tutmaq bir il oncəki və bir sonrakı günahları silir.”
Ancaq həcc mövsümü Ərafatda duranların oruc tutması bəyənilmir. Çünki, Peyğəmbər oruclu olaraq Ərafatda durmamış, əksinə insanlar onun oruc tutmadığını görsünlər deyə bir qədəh süd içmişdir.
Həcc və ümrə ibadətlərini yerinə yetirmək.
Bu günlərdə ən fəzilətli əməllərdən biri də həcc və ümrə etməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
"Ümrə etmək, ondan əvvəl edilən ümrə arasındakı günahları silir. Qəbul olunan həccin mükafatı isə yalnız Cənnətdir."
Bu günlərdə çoxlu "Allahu əkbər", "lə iləhə illallah" və "əl-həmdulilləh" kəlmələrini demək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
"Allah üçün bu on gündən daha əzəmətli və onda edilən əmələrdən daha sevimli başqa günlər yoxdur. Odur ki, bu günlərdə çoxlu “lə iləhə illəllah”, “Allahu əkbər” və “əlhəmdulilləh” deyin!"
http://zikr.az/node/32

Comments
Post a Comment