PEYĞƏMBƏRİN ƏXLAQI:



QADINLARA QARŞI MƏRHƏMƏTİ 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) qız övladını böyütməyə və onlara qayğı ilə yanaşmağa təşviq edərək deyərdi: “Kim qız övladına sahib olub onlara yaxşı baxarsa, onlar onun üçün cəhənnəmə sipər olarlar” (Buxari: 5649; Muslim: 2629).

Dinimiz zövcənin hüquqlarına məsuliyyətli yanaşmağı, onlara qayğı göstərməyi və diqqətli olmağı tələb edir. Hətta müsəlmanlara bu haqda bir-birlərinə tövsiyə etmək də əmr olunur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qadınlarla xoş davranın” (Buxari: 4890).

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsinə olan qayğısı bu işdə çox dəyərli örnəkdir. O, dəvəsinin yanında dayanıb dizini bükərdi ki, həyat yoldaşı Safiyyə (Allah ondan razı olsun) onun dizinin üstünə çıxıb dəvəyə rahat minsin (Buxari: 2120).

Qızı Fatimə yanına gələndə onun əlindən tutar, öpər və öz yerində oturdardı (Əbu Davud: 5217).

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?