ARAKANDA OLAN QƏTLİAMLAR BARƏDƏ
Sual:
Əssələmu aleykum. Allah elminizə bərəkət versin. Arakanda olan qətliamlar barədə mövqeyimiz necə olmalıdır? Bəzi qardaş və bacılar ürəkağrıdıcı video və şəkillər paylaşırlar, belə etmək nə dərəcədə doğrudur? Allah razı olsun.
Cavab:
Va aleykumussələm. Amin. Allah sizin də elminizə bərəkət versin. Elm əhli buyurur ki, müsəlmanların başına gələn əziyyətlər nəinki Arakanda həmçinin digər ölkələrdə də baş verir. Ümumən qeyri-müsəlmanlar hal-hazırda müsəlmanlara əziyyət verməyə, onları təzyiq altında saxlamağa çalışırlar və hətta bacarsalar istəyərdilər ki, İslam dinini yer üzündən yox etsinlər.
Bu cür halların baş vermə səbəbləri müsəlmanların Quran və Sünnədən, Tövhiddən, sələfin mənhəcindən uzaq düşmələri, günahlar, fasiqliklər etmələridir. İslam zəif deyil, əlhəmdulilləh, müsəlmanlar zəif deyillər və ya kafirlər güclü deyillər. Sadəcə müsəlmanlar öz dinlərinə əməl etməyi tərk edib dünyaya meyl edəndə bu cür hadisələr baş verir.
Elm əhli buyurur ki, hal-hazırda biz sıravilərin edə biləcəyi şey, səmimi qəlbdən, ürəkdən ediləcək duadır. Allaha dua edək ki, bütün dünyada əziyyət çəkən müsəlmanlara kömək olsun.. Həmçinin Allaha dua edək ki, Allah təalə dünyada olan müsəlmanları Tövhidlə, Sünnəylə və sələfin mənhəci üzərə izzətləndirsin.
Əziyyət verici şəkillərə və ya kiminsə harasınısa kəsiblər, bu cür şəkilləri paylaşmağı isə elm əhli tövsiyə eləmir, əksinə bu cür əməllərdən çəkinməyi tövsiyə edir. Çünki bu cür şəkilləri paylaşdıqda, onu görən digər müsəlmanların qəlbinə zəlillik, zəiflik, aciz olmaq qorxusu çökə bilər. Həmçinin kafirlər güclü görünə bilər. Və digər səbəblərdən dolayı elm əhli bu cür şəkilləri paylaşmaqdan çəkindirir. Əvəzində isə Qurana, Sünnəyə, sələfin mənhəcinə qayıdıb izzətlənmək lazımdır, Allahın izni ilə.
Səsli şəkildə
t.me/umumifaydalar kanalında dinləyə bilərsiniz.
Comments
Post a Comment