BİRMADAKİ HADİSƏLƏR HAQQINDA
ŞEYX SALEH BİN FOVZAN ƏL FOVZAN:
Məkkə 9-8-1433 (2012)
Sual:Fəzilətli Şeyx, Allah sizə ehsan eləsin, sizdən (bütün) müsəlmanlar üçün hal-hazırda buddist məzhəblərin Birmadakı (Myanmardakı) müsəlman qardaşlarımızla (etdikləri ilə) bağlı yönləndirici bir kəlam istəyirik.
O da, 10 illərdir ki, onların (buddistlərin) məzhəblərinin və onlara (müsəlmanlara) qarşı etnik təmizləmə işlərinin geniş vüsət almasıdır və nəzərə alsaq ki, orada bu hadisələr qarşısında dünya mediasında gizlədilir.
Cavab:
Bu məsələ, təkcə Birmalılara xas bir şey deyildir. İndi müsəlman ölkələrinin çoxunda İslam alçaldılıb. İndi kafir dövlətləri müsəlmanların üzərində hegemonluq edirlər. İstəmirlər ki, onların dövləti olsun.
Gücləri çatdıqları qədər İslamın var olmasını istəmirlər. Onlar indi müsəlmanlarla nə etməli olduqlarını bilirlər. Bunu Demokratiya adlandırırlar. Bizim üzərimizə öz məzhəblərini və küfri qanunlarını qoymaq istəyirlər. Demokratiya və Sekulyarizm (dinin dövlətdən ayrı olması) adlandırdıqları küfri hökmləri bizim üzərimizə fərz etmək istəyirlər. Lakin Allah Subhənəhu və Təala (onlara) rədd edir ki, Öz nurunu tamamlayacaqdır.
Bizim üzərimizə düşən, hər yerdə olan müsəlman qardaşlarımıza Allahın yardım etməsi və düşmənlərindən xilas etməsi üçün dua etmək və Allah Subhənəhu Təalaya çoxlu israr (yalvarış) etməkdir. Bizə (yalnız) dua etmək düşür. İndi biz duadan başqa heç nəyə malik deyilik. Əgər kimdəsə bundan artıq imkan varsa qoy qadir olduğu şeyi sərf eləsin.
www.youtube.com/watch?v=B82klJ8iY7A&feature=youtu.be
Comments
Post a Comment