PEYĞƏMBƏRİN ƏXLAQI:





ZƏİFLƏRƏ OLAN MƏRHƏMƏTİ


Peyğəmbər (sallallahu aleyhi və səlləm) zəiflərə olan qayğısından dolayı yetimləri himayəyə götürməyə təşviq edərdi. O, orta barmağıyla şəhadət barmağını yan-yana azacıq aralı tutub demişdir: “Mən və yetimə himayədarlıq edən cənnətdə belə olacağıq” (Buxari: 4998).

Dul qadına və kasıba əl tutanı, Allah yolunda cihad edənə, gündüzləri oruc tutub gecələri namaz qılana tay tutmuşdur (Buxari: 5661; Muslim: 2982).

Zəiflərə qarşı mərhəmətli olmağı, onların haqqlarını verməyi ruzinin artmasının və düşmənlərə qalib gəlməyin səbəbi kimi dəyərləndirərək demişdir: “Zəifləri tapmaqda mənə kömək edin. Zəiflərinizə görə sizə qələbə və ruzi verilir” (Əbu Davud: 2594).

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?