TƏKFİRÇİLƏRİN RUZİ MƏSƏLƏSİNDƏ AZMALARI
Təkfirçilərin səhvlərindən biri də budur ki, yuxarıda sadalanan məsələlərdə - ruzinin az olmasında günahı özlərində axtarıb Allaha doğru yönəlmək əvəzinə, günahı hakimdə və digər müsəlmanlarda axtarırlar
Onların vəsflərindən biri də daima NARAZI olmalarıdır. Zahirən din üçün çalışdıqları görünsə də, batində dünyanı qəsd edirlər. Bu da onların ağızlarından çıxan bəzi sözlərdən bəlli olur. Çünki, Xəvariclərin ilki olan Zul-Xuveysira da ilk olaraq dünya malına görə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) etiraz etmişdi. Xəvariclər Osmanı (Allah ondan razı olsun) qətl etdikdən sonra xəzinəyə əllərini uzatdılar. İndikilərin də gözləri müsəlmanların mallarındadır.
Daha ətraflı: menhec.net/node/126
Uca Allah buyurur:
«Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». ("Yunus" surəsi, 107).
“Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır». ("əz-Zariyyat" surəsi 57-58).
«De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik deyə cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». ("Səba" surəsi, 24).
«Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». ("ər-Rum" surəsi, 40).
"Şeytan sizi yoxsulluqla qorxudur və sizə pisliyi əmr edir Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir. ("əl-Bəqərə" surəsi, 2/268)
Comments
Post a Comment