“QİYMƏTLƏRİ TƏNZİMLƏYƏN ALLAHDIR”





Ənəs İbn Məlik (radiallahu anhu) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən (Bəsit) Allahdır, Ruzi (Raziq) verən Allahdır, Daraldıb (Qabid) qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu.


Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.

Yəni, əgər mən mal sahibinin razılığı olmadan onun malına qiymət təyin etsəm, ona qarşı haqsızlıq etmiş olaram və o, Qiyamət günü buna görə məndəm haqqını tələb edə bilər. əl-Qabid olan Allah istədiyi bəndəsinin ruzisini azaldır, istədiyini də hər hansı bir nemətdən məhrum edir.

Uca Allah buyurur:

“Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin o, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından Xəbərdardır, Görəndir” (əş-Şura, 27).

əl-Basit olan Allah istədiyi bəndəsinin ruzisini çoxaldır. O öz lütfünü bəndələri arasında yayır, onlara iman nurunu bəxş edir və doğru yola yönəldir.

Daha ətraflı: zikr.az/node/7615

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?