MÜSƏLMAN ÖLKƏLƏRİN ZƏİF OLMASI RƏHBƏRLƏRƏ GÖRƏDİR?



Şeyx Saleh bin Fovzan əl-Fovzan:

Sual:

Sizcə müsəlmanların zəif və fikir ayrılığında olmasına səbəb nədir? Buna rəhbərlər səbəbdir, yoxsa biz hamımız?! Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:

Ümumilikdə müsəlmanların zəifliyinin səbəbi müsəlmanlar özləridir. Çünki müsəlmanlar Allahın onlara əmr etdiyinə riayət etmirlər.

Müsəlmanlar yaxşı işlərdə əlbir olmaq, bir-birinə tövsiyə etmək, Allahın dini ətrafında birləşmək, Allahın dinini dərindən öyrənmək, Allah yoluna dəvət etmək, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək və Allah yolunda cihad etmək üçün güc-qüvvət toplamaq kimi işlərdə boşluğa və səhlənkarlığa yol veriblər.

Buna görə də zəiflik bütün müsəlmanlar tərəfindən edilmişdir.

selefxeber.az/islamin-sesi/muselman-olkelerin-zeif-olmasi-rehberlere-goredir-seyx-saleh-bin-fovzan-el-fovzan

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?