"ONLAR BİZİM HÜZURUMUZA GƏLƏCƏKLƏRİ GÜN NECƏ YAXŞI EŞİDƏCƏK, NECƏ DƏ YAXŞI GÖRƏCƏKLƏR!"
“O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir”. (“Mumin” surəsi, 52)
“Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri əzab onları bürüyəcəkdir”. (“Zumər” surəsi, 48)
“Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır”. (“Zumər” surəsi, 47)
“Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır”. (“Bəqərə” surəsi, 95)
“Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər”. (Məryəm surəsi, 38)
“Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər”. (“Zuxruf” surəsi, 76)
Comments
Post a Comment