ALLAH BU DÜNYADA HƏR HANSI GÜNAHI BAĞIŞLAYARSA, ONA GÖRƏ BİZİ AXİRƏTDƏ YENƏ SORĞUYA ÇƏKƏRMİ?






Səmimi qəlbdən edilən tövbə sayəsində bu dünyada Uca Allah bağışladığı günahlara görə Qiyamət günü qulunu sorğu-suala çəkməyəcək. Amma ola bilər ki, Qiyamət istədiyi quluna etdiyi günahlardan bəzilərini və ya hamısını xatırlatsın. Bu da onun hikmətinə bağlıdır. Uca Allah buyurmuşdur:

"Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir". (əl-Bəqərə, 284).

Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

"Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq soruşacaq: "Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?" Mömin: "Bəli, ey Rəbbim!"- deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: "Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram". Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə (onların əməllərinə) şahid olanlar deyəcəklər: "Bunlar Rəbbinə iftira yaxanlardır"- deyəcəklər. Allahın lənəti olsun zalımlara!" (Hud, 18)". (əl-Buxari, 2261, 7114). Həmçinin oxuyun:

http://zikr.az/node/12945

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?