BİRMADAKI HADİSƏLƏR HAQQINDA
Şeyx Ubeyd əl Cəbiri:
Sual:
Allah sizə bərəkət versin, Birmada olan müsəlman qardaşlarımızın şəkillərini yaymaq olarmı, misal üçün, buddistlər tərəfindən (edilən zülmlər) təsvir olunmuş bədənlərin şəkilləri (kimi)?
Cavab:
Bu şeyi bəzi həvəsli (xəyalpərəst) camaatlar öz məqsədləri üçün istifadə edir. Ona da ehtiyac yoxdur.
Nə üçün onların şəkillərini yayırlar? Həqiqətdə isə, mən bundan bir fayda gələcəyini görmürəm. Allah daha doğrusunu bilir.
Fayda, onlarla yardımlaşmağa və xeyirxah insanların onlar üçün verdiklərini toplamağa dəvət etməkdir. Amma o ki, qaldı bu kafir dövlətinə cihada getməyə, bu asanlaşdırılmamışdır.
Bu kimi şəkillərin yayılmasını cavanları kafirlərlə döyüşməyə sövq etmək üçün istifadə edirlər. Bu, Allah Azzə və Cəllin şəriətindən deyil.
Müdafiə cihadı üçün qüdrətin olması şərt qoyulur. Bu məsələni bir çox yerdə açıqlamışıq, kim istəsə onlara qayıda bilər, çünki indi (vaxt azlığı səbəbiylə) məqam buna izin vermir, indi bu məsələni açıqlamaq mümkün deyil.
www.youtube.com/watch?v=00T0t70AHYQ&feature=youtu.be
Comments
Post a Comment