TƏLBİNƏ



Şəfa tapmaq üçün səbəblərdən olan olduqca faydalı “TƏLBİNƏ” yeməyi haqqında və hazırlanması

Aişə (Allah ondan razı olsun) xəstələnən və ölüsü üçün hüznlənən insana təlbinə yeməyi tövsiyyə edərdi. O belə deyərdi: “Mən Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Təlbinə xəstənin qəlbinə rahatlıq gətirir, qəlbi canlandırır, hüzn və kədərindən müəyyən qədər azaldır”. (Səhih Buxari, 5325)

Aişə (Allah ondan razı olsun) bildirir ki, onun qohumlarından kimsə dünyasını dəyişdikdə qadınlar toplaşıb sonra dağılaşaraq (evlənirə geri dönürdülər), yalnız öz qohum-əqrəbası və yaxın rəfiqələri qalardılar. O (Allah ondan razı olsun) bir qazan təlbinə bişirilməsini xahiş edirdi. Sonra “sarid” (ət və çörəkdən hazırlanmış yemək) hazırlanırdı və təlbinəni bunu üstünə tökərdilər. Aişə (Allah ondan razı olsun) qadınlara üz tutaraq “Bundan yeyin, çünki mən Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Təlbinə xəstənin qəlbini yüngülləşdirir və hüznündən müəyyən qədər azaldar.” (Səhih Buxari (5058)

Hişamın atası (Allah ondan razı olsun) belə deyir: “Aişə (Allah ondan razı olsun) təlbinə yeməyi tövsiyyə edər və deyərdi: “Faydalı olmasına rəğmən xəstə bunu xoşlamır.” (Səhih Buxari, 5326)

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Mənim sizə məsləhətim budur ki, faydalı olub lakin xəstənin xoşlamadığı təlbinədən istifadə edin, çünki Məhəmmədin canı Əlində Olana and olsun ki, su insanın üzündən tozu təmizlədiyi kimi təlbinə sizin qarnınızı (o cür) təmizləyir.” (Hakim, “Müstədrək” (7455), səhihdir)

Aişə (Allah ondan razı olsun) rəvayət edir: “Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) əhli beytindən (ailə üzvlərindən) kimsə xəstələndikdə Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) belə deyərdi: “(Təlbinə) bu hüznlü qəlbi yüngülləşdirir və sizlərdən biri su ilə üzündən tozu təmizlədiyi kimi ağrıyan qəlbi təmizləyər”. (Səhih Sünən İbn Macə (3445)

RESEPTİ

Təlbinə-1-2 xörək qaşığı arpa ununu (100% tam taxıldan əldə olunan arpa unu) bir yarım stəkan suya əlavə etməklə hazırlanır. 10-15 dəqiqə aşağı temperaturda (qaz, ocaq və s.) ocağa qoyulur. (Yaxşı olardı ki, süd və yaxud qatıq əlavə edəsiniz, bal əlavə etməklə şirin edə bilərsiniz). Eləcə də, xörək şirəsi, şorba, enli xəngəl yeməkləri və s. üçün yemək qatılaşdırıcı kimi istifadə edilə bilər. Başqa variantı budur ki, 1-2 xörək qaşığı arpa ununu (100% tam taxıldan əldə olunan arpa unu) bir yarım fincan südə əlavə edirsiniz. 10-15 dəqiqə aşağı temperaturda qızdırırsınız. (yaxşı olar ki, süd və yaxud qatıq əlavə edəsiniz, bal əlavə etməklə şirin edə bilərsiniz).

İstifadə edilmiş unun miqdarını artırıb azaltmaqla zövqünüzə uyğun olaraq qatılığını dəyişdirə bilərsiniz. Təlbnə kimi sıyıq hazırlamaq üçün unu çoxatlmaq lazımdır. Təlbinədən içki hazırlamaq üçün unun miqdarını azaltmaq lazımdır.

Daha sonra təlbinə qarışığını təzə və yaxud soyuducuya təzə qoyulmuş meyvələrdən və yaxud kətan toxumu unu ilə birlikdə blenderə yerləşdirə bilərsiniz. Dadlı təlbinə “kokteyli” hazırlamaq üçün bunları qarışdırmaq olar.

Gündə ən azı bir fincan için


Comments

Popular posts from this blog

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?