Quranı çoxlu oxu!


İbn Abbas (radiyallahu anhumə) buyurur:

“Kim Quran oxuyanlardandırsa, onu qocalıq düşgünlüyü yaxalamayacaq.
Uca Allahın bu sözləridə məhz bunun haqqındadır:

Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! (ət-Tin, 5-6.)

Sonra, İbn Abbas (radiyallahu anhumə) sözünə davam edərək buyurur:
“Yəni, Quran oxuyanlardan başqa.”
(Hakim 3952. Albani, səhih təğrib 1435.)

💫AbdulMalik ibn Umeyr (rahiməhullah) buyurur:

“Xəbər verildi ki; Həqiqətən, insanlar arasında (yaşlaşdıqca) ağlını itirməyənlər ən çox Quran oxuyanlardır.”
(İbn əbi Şeybə, musannəf 29956.)

QURAN KİMİ ŞƏFA YOXDUR!

Alimlərdən İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
"SƏN NƏ QƏDƏR HƏKİMLƏRDƏN QƏLBİNDƏ OLANI (sıxıntını) GÖTÜRMƏLƏRİNİ İSTƏSƏN DƏ QURAN KİMİSİNİ TAPMAYACAQSAN!"
(Şərhul-Kəfiyətuş-Şəfiyəh, 1/198)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?