Posts

RƏHBƏRƏ QARŞI ÇIXMAĞIN FƏSADLARINDAN

İmam Qurtubi (rahiməhullah) belə  buyurdu: "Zalım rəhbərə itaət etməyə səbr etmək ona qarşı çıxmaqdan daha üstündür. Çünki, onunla düşmənçilik etməkdə və ona qarşı çıxmaqda: - əmin-amanlığın qorxu ilə əvəz olunması - qanların tökülməsi, - səfehlərin özbaşınalığı, - müsəlmanların üzərinə basqınların yağması, - və yer üzərində fəsadın yaranması (təhlükəsi) vardır. " [ Əl-Cəmiu li-əhkəmil-Qur'an (2/109) ]

“ALLAHA AND OLSUN Kİ, BU HƏR NAMAZDA ÜMMƏTİM ÜÇÜN ETDİYİM DUADIR!”

Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) yaxşı əhval-ruhiyyədə gördüm və dedim: - Ey Allahın Rəsulu, mənim üçün dua et. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Allahım, Aişənin keçmiş və gələcək, gizlində və aşkarda olan günahlarını bağışla! Aişə (Allah ondan razı olsun) təbəssüm edərək başını Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dizi üstünə qoydu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Duam səni sevindirdimi? Aişə (Allah ondan razı olsun) dedi: - Sənin duan məni necə sevindirməyə bilərdi? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Allaha and olsun ki, bu hər namazda ümmətim üçün etdiyim duadır! Səhih hədislər silsiləsi, 2254.

ƏTRAFIMDA OLAN İNSANLARI HAQQ YOLA NECƏ DƏVƏT EDİM?

Dəvət edən insan dəvət etdiyi sahədə müəyyən qədər elmli olmalıdır. Həmçinin yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs tövsiyə etdiyinə özü də əməl etməli, qadağan etdiyindən özü də uzaq olmalı, tövsiyə və qadağalarında ədalətə riayət etməli, tövsiyə və qadağalarında mülayimlik yolunu seçməli və dəvət etdiyi adamın islahı, haqqa yönəlməsi üçün Allaha dua etməlidir. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi). Yəni, yalnız bu dörd sifətə yiyələnən insan zərərdən çıxa və xeyrə nail ola bilər. 1⃣ İman gətirmək. 2⃣ Yaxşı əməllər etmək. 3⃣ Dəvət etmək, haqqı çatdırmaq. 4⃣ Səbr etmək. Ona görə də siz elm öyrənməli, hikmət və əxlaqla haqqa dəvət etməlisiniz. http://zikr.az/node/14218

QARDAŞIM NAMAZI TƏRK EDİB, ONUN YENİDƏN NAMAZA QAYITMASI ÜÇÜN HANSI DUANI EDİM?

Bunun üçün xüsusi dua yoxdur. İstədiyiniz kimi dua edə bilərsiniz. İman itaətlə artar, asiliklərlə (günahlarla) də azalar. Ona görə də qardaşınızı günahlardan, günaha aparan vasitələrdən və insanlardan çəkindirməyə çalışın. Həmçinin onu gözəl şəkildə dəvət etməkdə də davam edin. Uca Allah buyurur: "İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (“ən-Nəhl” surəsi, 125). Qardaşınıza tez-tez namaz qılmayanların və ya qılıb atanların axirətdə şiddətli əzaba düçar ola biləcəyini xatırladın: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (“Məryəm” surəsi, 59) Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Mən peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruş­dum: "Hansı əməl daha fəzilətli sayılır?" O (salləllahu aleyhi və səlləm) bu­yurdu: ...

MÖMİN QADININ AİLƏSİ CAHİLDİRSƏ, ONLARIN TƏSİRİNDƏN NECƏ QORUNSUN?

Bu insan tələsmədən və bezmədən Allaha dua edərək ailəsini haqq yola dəvət etməlidir. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışarlarsa bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allahın ayələrini və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərini yaxşı öyrənib tez-tez xatırlatmaq, öz sözlərinizlə izah etməkdən daha təsirlidir. Əvvəlcə tövhid, şirk kimi əsas məsələləri çatdırmaq, sonra digər mövzulara mərhələ ilə keçmək lazımdır. Bunların hamısını bir gündə yox, hər dəfə yavaş-yavaş yadda qalacaq qədər demək yaxşıdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həminçin, özü də sabit qalmaq üçün imanını artırmalı, dini öyrənmək üçün vaxt ayırmalı və özü kimi mömin bacılarla ünsiyyətdə olmalıdır. Daha ətraflı: http://zikr.az/no...

HƏYAT YOLDAŞIMI NAMAZA NECƏ DƏVƏT EDİM?

Bir insanı doğru yola dəvət etmək bəzən uzun bir müddət tələb edə bilər. Ona görə də ruhdan düşməyin, elminizi artırın, hikmət və səbirlə vaxtaşırı dəvət edin.  Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (“ən-Nəhl” surəsi, 125).