Quranı çoxlu oxu!

İbn Abbas (radiyallahu anhumə) buyurur: “Kim Quran oxuyanlardandırsa, onu qocalıq düşgünlüyü yaxalamayacaq. Uca Allahın bu sözləridə məhz bunun haqqındadır: Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! (ət-Tin, 5-6.) Sonra, İbn Abbas (radiyallahu anhumə) sözünə davam edərək buyurur: “Yəni, Quran oxuyanlardan başqa.” (Hakim 3952. Albani, səhih təğrib 1435.) 💫AbdulMalik ibn Umeyr (rahiməhullah) buyurur: “Xəbər verildi ki; Həqiqətən, insanlar arasında (yaşlaşdıqca) ağlını itirməyənlər ən çox Quran oxuyanlardır.” (İbn əbi Şeybə, musannəf 29956.) QURAN KİMİ ŞƏFA YOXDUR! Alimlərdən İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: "SƏN NƏ QƏDƏR HƏKİMLƏRDƏN QƏLBİNDƏ OLANI (sıxıntını) GÖTÜRMƏLƏRİNİ İSTƏSƏN DƏ QURAN KİMİSİNİ TAPMAYACAQSAN!" (Şərhul-Kəfiyətuş-Şəfiyəh, 1/198)